Bütün xəbərlər
Tunisdə yeni Baş Nazir təyin edildi
Tarix: 26-07-2020 17:36 | Bölmə: Karusel

               Tunisdə yeni Baş Nazir təyin edildi


Tunis Prezidenti Kais Səid Daxili İşlər naziri Hişem Meşçini yeni Baş Nazir təyin edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Tunis Afrique Presse” agentliyi xəbər verib.
Agentlik qeyd edir ki, respublika Prezidenti yeni Baş Nazirə Tunis hökumətini formalaşdırmağı tapşırıb.
Tunis qanunvericiliyinə əsasən, Nazirlər Kabinetinin formalaşdırılması üçün Meşçinin bir ay vaxtı olacaq. Hökumətin yekun tərkibi ölkənin Xalq Nümayəndələri Assambleyası tərəfindən təsdiq ediləcək. Əgər parlament Nazirlər Kabinetinin tərkibini təsdiq etməkdən imtina etsə, ölkə Prezidenti parlamenti buraxmaq və seçkiləri elan etmək hüququ əldə edəcək.


Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər