Bütün xəbərlər
AQTA daha 72 obyektdə pozuntular aşkarladı
Tarix: 26-07-2020 14:15 | Bölmə: Karusel

                     AQTA daha 72 obyektdə pozuntular aşkarladı



Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Qurumdan Unikal.org-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 25 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.


Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər