Bütün xəbərlər
Qızın əlini bıçaqlayıb telefonunu apardı
Tarix: 25-07-2020 14:08 | Bölmə: Karusel

                   Qızın əlini bıçaqlayıb telefonunu apardı


Hacıqabul rayon sakini G.Alıkişiyevaya qarşı quldurluq törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılmışdır. Faktla əlaqədar cinayət işi başlanıb. 
Nəsimi RPİ-də araşdırma aparılır.
 



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər