Bütün xəbərlər
Cavid Paşayevin vəziyyəti haqda açıqlama
Tarix: 24-07-2020 14:34 | Bölmə: Karusel

                   Cavid Paşayevin vəziyyəti haqda açıqlama

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Gömrük Hospitalı yayıb. Bildirilib ki, həkim hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur: 
“Hemodinamik stabildir. Saturasiyası 90-98%. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur”.
 



Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər