Bütün xəbərlər
449 nəfər sağaldı, 352 nəfərdə koronavirus aşkarlandı
Tarix: 21-07-2020 21:41 | Bölmə: Karusel

                  449 nəfər sağaldı, 352 nəfərdə koronavirus aşkarlandı


Bu gün Azərbaycanda daha  449 nəfər koronavirusdan sağalıb,  13 nəfər isə vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib. 
Son sutka ərzində ölkədə daha 352 yeni yoluxma qeydə alınıb.
Hazırkı dövrədək ölkəmizdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7927 nəfərdir.
Ötən müddət ərzində 641 min 732 test aparılıb. Bugünkü test sayı isə 7034-dür. 





Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər