Bütün xəbərlər
Daha bir həkim koronavirusdan dünyasını dəyişdi
Tarix: 18-07-2020 11:39 | Bölmə: Karusel

                           Daha bir həkim koronavirusdan dünyasını dəyişdi


1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə həkimin yaxınları paylaşıb.
Qeyd edək ki, Kərəm Yaqubov infeksiyaya koronavirus xəstəsini müalicə edərkən yoluxub. Vəziyyəti ağır olan həkim Bakı Sağlamlıq Mərkəzində süni tənəffüs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər