Bütün xəbərlər
Karantində işləyən daha bir kafe aşkarlandı - Foto
Tarix: 18-07-2020 11:36 | Bölmə: Karusel

                   Karantində işləyən daha bir kafe aşkarlandı


Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 9 nəfər müştərinin xüsusi karantin qaydalarını pozduqları aşkar olunub.
Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər və onlara ciddi xəbərdarlıq olunub. Obyekti işlədən R.Aslanov barəsində isə toplanmış material şəhər məhkəməsinə göndərilib.

 



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər