Bütün xəbərlər
DÇ-2018: Danimarka yığması Peruya qalib gəlib
Tarix: 17-06-2018 00:33 | Bölmə: Karusel

                               

Danimarka yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində, ilk matçda Peru komandasına qalib gəlib.
"Report" xəbər verir ki, qarşılaşmada yeganə qol 59 dəqiqədə vurulub. Yussuf Poulsen komandasının qələbə qolunu rəqibin qapısından keçirib. Poulsen oyunun ən yaxşı oyunçusu elan edilib.
Buna qədər Peru yığmasının oyunçusu Kristian Kueva 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Danimarka növbəti oyununu iyunun 21-də Samarada Avstraliya yığmasına qarşı keçirəcək. Peru komandası isə Yekaterinburqda Fransa millisi ilə üz-üzə gələcək. 



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər