Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb
Tarix: 12-07-2020 13:44 | Bölmə: Karusel

                        Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb


Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm  oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.
Qeyd edək ki Bağırov Rövşən Xürrəm  oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb.İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.
 


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər