Bütün xəbərlər
Dünya çempionu vəfat etdi
Tarix: 11-07-2020 15:19 | Bölmə: Karusel
              

1966-cı il dünya çempionatının qalibi, İngiltərə millisinin keçmiş müdafiəçisi Cek Çarlton 85 yaşında dünyasını dəyişib.
Bu haqda BBC məlumat yayıb. Çarlton son illərdə demensiyadan əziyyət çəkirdi. 2019-cu ildə isə ona lenfoma diaqnozu qoyulmuşdu.
Çarlton bütün karyerasını "Lids"də keçirib. O, 762 matçda klubun formasını tərlədib. Bu, "Lids" tarixində ikinci ən yaxşı göstəricidi. Cek yalnız Billi Bremnerdən (771 oyun) geri qalır. İngilis futbolçu DÇ-1966 ilə yanaşı, İngiltərə çempionatı, FA Kuboku, Liqa Kuboku və Superkubokun qalibi olub.
Çarlton məşqçi kimi "Midlsbro", "Şeffild Uensdey", "Nyukasl" və İrlandiya yığmasında işləyib.
Qeyd edək ki, Cek "Mançester Yunayted" əfsanəsi, dünya çempionu və "Qızıl top"un sahibi Bobbi Çarltonun qardaşıdı.

Fanat.Az


Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər