Bütün xəbərlər
Bu kafenin icarədarı 3000 manat cərimələndi - Foto
Tarix: 09-07-2020 13:20 | Bölmə: Karusel

                Bu kafenin icarədarı 3000 manat cərimələndi


Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan kafe aşkarlanıb. 
Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 
Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 3000 manat, digərləri 200 manat cərimə olunublar.





Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər