Bütün xəbərlər
Goranboyda məişət tullantılarını əraziyə atan şəxs 500 manat cərimələnib
Tarix: 13-06-2018 10:00 | Bölmə: Karusel

                       

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıları əraziyə rayon sakini Şahin Arazov tərəfindən atıldığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə edilib. Qısa vaxt ərzində tullantıların ərazidən təmizlənməsi üçün Ş.Arazova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.



Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər