Bütün xəbərlər
Azərbaycanda 8 uşağı ilan çalıb
Tarix: 08-07-2020 11:31 | Bölmə: Karusel
                    

“Aprel, may, iyun aylarında Azərbaycanda 42 ilan sancması (gürzə) qeydə alınıb.
Bunu Modern.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib.
Baş həkimin sözlərinə görə, ilan sancanlardan 8 nəfəri uşaqlardır.
A.Maqsudov deyib ki, hesabat dövründə tüstü zəhərlənməsinə bağlı 28 müraciət daxil olub:
“Onlardan 7-si tüstü ilə bağlı məsələhət xarakterli müraciətdir. 14 nəfəri dərmandan zəhərlənib, 4-ü uşaq olub. Sirkədən zəhərlənənlərin sayı 5 nəfər təşkil edib.
Bundan başqa, 2 nəfər metil spirti zəhərlənməsilə xəstəxanaya daxil olub, onlardan 1 nəfəri ölüb”.


Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər