Bütün xəbərlər
276 qanunsuz miqrantın olduğu gəmi Türkiyədə saxlanıldı
Tarix: 07-07-2020 14:46 | Bölmə: Karusel

                  276 qanunsuz miqrantın olduğu gəmi Türkiyədə saxlanıldı


Türkiyənin İzmir bölgəsinin sahillərində 276 qanunsuz miqrantın daşındığı gəmi ölkənin Sahil Mühafizə Xidməti tərəfindən saxlanılıb.

"Qafqazinfo" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, əksəriyyəti Əfqanıstan, İran, Banqladeş, Somali, Mərkəzi Afrika Respublikasından gələn qaçqınlar qanunsuz yolla Türkiyədən keçərək Avropa ölkələrinə daxil olmaq istəyiblər. Əməliyyat nəticəsində, 46 qadın və 59 uşağın da olduğu gəmi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Səkkiz nəfər qanunsuz insan daşınmasının təşkili ittihamı ilə həbs edilib. Miqrantların bəzilərində tənəffüs problemlərinin olduğu bildirilib.  


Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər