Bütün xəbərlər
“Palitra” qəzeti fəaliyyətini DAYANDIRDI
Tarix: 07-07-2020 11:37 | Bölmə: Karusel
             

“Palitra” qəzeti avqustun 1-nə kimi fəaliyyətinə ara verib. 
Modern.az xəbər verir ki, bu barədə “Report”a qəzetin baş redaktoru Esmira Balayqızı məlumat verib.
O bildirib ki, qəzet həmin müddətdə ancaq onlayn işləyəcək. Çap variantı olmayacaq:
"Digər məsələlərə rəhbərlik qərar verəcək. Həm də bizim əməkdaşlardan biri xəstələnmişdi. Redaksiyada dezinfeksiya işləri aparıldı. Bu səbəbdən ora yığışmırıq".
Məlumat üçün bildirək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil etdiyi müsabiqənin nəticələrinə əsasən, “Palitra” qəzetinin adı yardım alacaq KİV-lər arasında yoxdur.
Qeyd edək ki, “Palitra” 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib.
 


Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər