Bütün xəbərlər
Azərbaycan Tibb Universitetinin 57 əməkdaşı koronavirusa YOLUXDU
Tarix: 07-07-2020 11:31 | Bölmə: Karusel
                 

İki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) 57 tibb işçisi koronavirusa yoluxub.
Bunu Modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.
O qeyd edib ki, onlardan 33 nəfəri Tədris Cərrahiyyə Klinikasınının həkimidir.
Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: "27-nin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur".
"Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası”nda isə 24 tibb işçisi koronavirusa yoluxub:
“Onlara həkim, tibb bacısı, sanitar xidmət əməkdaşları daxildir. Onlardan artıq sağalıb iş başında olanlar da var, müalicəsi bitib evə göndərilən də. Bəzilərinin müalicəsi davam edir”.


Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər