Bütün xəbərlər
Daha 523 nəfərdə koronavirus aşkarlandı - 9 pasiyent öldü
Tarix: 05-07-2020 19:50 | Bölmə: Karusel

                Daha 523 nəfərdə koronavirus aşkarlandı


Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6722 koronavirus testi aparılıb.




Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər