Bütün xəbərlər
Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi
Tarix: 04-07-2020 20:36 | Bölmə: Karusel

                 Daha 534 nəfər koronavirusa yoluxdu


Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6846 koronavirus testi aparılıb.



Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər