Bütün xəbərlər
Daha 583 nəfər yoluxdu, 7 nəfər vəfat etdi
Tarix: 03-07-2020 19:13 | Bölmə: Karusel

                    Daha 583 nəfər yoluxdu, 7 nəfər vəfat etdi


Bu gün daha 583 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər isə vəfat edib. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 
O bildirib ki, 395 nəfər xəstə sağalaraq evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7137 koronavirus testi aparılıb.


Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər