Bütün xəbərlər
Bəhram Bağırzadə komadan ayıldı
Tarix: 02-07-2020 13:47 | Bölmə: Karusel

                 Bəhram Bağırzadə komadan ayıldı


İki gün əvvəl EKMO cihazından ayrılıb süni nəfəs aparatına qoşulan Əməkdar artist Bəhram Bağırzadə komadan ayılıb. 
Bu barədə "Qafqazinfo"ya onun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O qeyd edib ki, B. Bağırzadənin huşu yerindədir: "İnşallah, yaxın günlərdə vəziyyətinin daha da yaxşılaşmasına ümid edirik".
Xatırladaq ki, daha əvvəl koronavirusdan müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.


Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər