Bütün xəbərlər
Daha 556 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü
Tarix: 30-06-2020 22:06 | Bölmə: Karusel

                Daha 556 nəfərdə koronavirus aşkarlandı


Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6645 koronavirus testi aparılıb.



Baxış sayı: 321


Bölməyə aid digər xəbərlər