Bütün xəbərlər
Daha 544 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi
Tarix: 29-06-2020 21:28 | Bölmə: Karusel

                  Daha 544 nəfər koronavirusa yoluxdu

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6558 koronavirus testi aparılıb.





Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər