Bütün xəbərlər
Tbilisidə hökumətin istefası tələbi ilə keçirilən aksiyaya regionlardan da dəstək verilir
Tarix: 10-06-2018 19:39 | Bölmə: Karusel

                   Azərbaycanlıların yığcam yaşadıqları rayonlardan da mitinqə xeyli adam gəlib

Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mitinqdə iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.
Mitinqdə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.



Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər