Bütün xəbərlər
Naxçıvanda müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb
Tarix: 07-06-2018 17:32 | Bölmə: Karusel

                     

Naxçıvan Muxtar Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb. 
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Artıq Muxtar Respublikada Finlandiya istehsalı olan müasir standartlara cavab verən avtomatlaşdırılmış stansiyalar vasitəsilə 7 meteoroloji parametr üzrə məlumatların əldə olunması və ötürülməsi mümkün olacaq.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə avtomat meteostansiyalardan biri Naxçıvan, digəri isə Culfa şəhərində quraşdırılıb.







Baxış sayı: 403


Bölməyə aid digər xəbərlər