Bütün xəbərlər
Bərdədə bərbər iş yerində qətlə yetirildi
Tarix: 22-06-2020 22:30 | Bölmə: Karusel

                  Bərdədə bərbər iş yerində qətlə yetirildi


Bərdədə bərbər iş yerində  qətlə yetirilib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində baş verib.
Belə ki, rayon sakini Məmmədov Ceyhun Hüsü oğlu yanında işləyən təcrübəçi tərəfindən bıçaqlanıb.
Yaralı yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, C.Məmmədovu bıçaqlayan təcrübəçi hadisəni törətdikdən sonra hadisə yerində qaçıb. Lakin o, Bərdə rayon polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.


Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər