Bütün xəbərlər
Binəqədidə taxta sexi yandı - Video + Yenilənib
Tarix: 21-06-2020 20:37 | Bölmə: Karusel

                  Binəqədidə taxta sexi yandı


Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta məmulatlarının emalı sexində yanğın baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
**
Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.
Bu barədə "Qafqazinfo"ya qurumun Mətbuat Xidmətindən məlumat verilib.


Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər