Bütün xəbərlər
Daha 438 nəfərdə koronavirus aşkarlandı - 4 nəfər vəfat etdi
Tarix: 19-06-2020 23:26 | Bölmə: Karusel

                    Daha 438 nəfərdə koronavirus aşkarlandı


Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6976 koronavirus testi aparılıb.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər