Bütün xəbərlər
Oğuzda kombayn və taxıl zəmisi yandı
Tarix: 18-06-2020 17:27 | Bölmə: Karusel

                    Oğuzda kombayn və taxıl zəmisi yandı


Oğuz rayonunda taxıl sahəsində yanğın baş verib. 
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndində qeydə alınıb. 
Belə ki, Çingiz İbrahimov "Niva" markalı kombaynla həmin kəndin sakini Rafiq Novruzova məxsus arpa sahəsində biçin işləri aparan zaman nəqliyyat vasitəsində yanğın baş verib. Nəticədə kombayn və biçilməkdə olan bir hektara yaxın taxıl sahəsi yanıb. 
Hadisə yerinə Oğuz rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər