Bütün xəbərlər
Tramp Şimali Koreyaya qarşı sanksiyaları uzatdı
Tarix: 18-06-2020 01:25 | Bölmə: Karusel

                  Tramp Şimali Koreyaya qarşı sanksiyaları uzatdı


ABŞ hakimiyyəti Şimali Koreyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Belə ki, ABŞ Prezidenti Donald Tramp 2008-ci ildə tətbiq edilmiş sanksiyaların müddətinin daha bir uzadılması barədə Fərman imzalayıb.
Ağ Evdə dəqiqləşdiriblər ki, məhdudlaşdırıcı tədbirlər silahlarda istifadə edilə bilən “parçalanan maddələrin” yayılma riskinin mövcudluğu səbəbindən uzadılıb.
Fərmanda bildirilir ki, bu texnologiya “milli təhlükəsizlik üçün fövqəladə və müstəsna təhlükə yaradır”, həmçinin ABŞ-ın xarici siyasət və iqtisadiyyatına da.



Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər