Bütün xəbərlər
Namiq Həsənova AzTV-də vəzifə verildi
Tarix: 17-06-2020 21:52 | Bölmə: Karusel

               Namiq Həsənova AzTV-də vəzifə verildi


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə jurnalist Namiq Həsənov təyin edilib.
"Qafqazinfo" xəbər verir ki, N.Həsənov "MediaPost"a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, Namiq Həsənov uzun illər Nəqliyyat Nazirliyinin mətbuat katibi olub.
Xatırladaq ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov bu gün öz ərizəsi ilə işdən ayrılıb.



Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər