Bütün xəbərlər
Şirvanda maskalı şəxslər evə hücum etdi
Tarix: 15-06-2020 19:29 | Bölmə: Karusel

                   Şirvanda maskalı şəxslər evəhücum etdi


Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş iki maskalı şəxsin onu döyərək, 2000 manat pulunu götürüb getmələri barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat daxil olub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.



Baxış sayı: 400


Bölməyə aid digər xəbərlər