Bütün xəbərlər
ATV-nin daha bir redaktoru istefa verdi
Tarix: 11-06-2020 01:00 | Bölmə: Karusel
           

Uzun müddətdir ATV telekanalında redaktor postunu tutan Nicat Sadıqlı işdən ayrılıb.
Modern.az-ın məlumatına görə, bu haqda N.Sadıqlı özü bildirib:
“Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər