21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib
Tarix: 04-06-2018 10:22 | Bölmə: Karusel
                           

Dövlət İmtahan Mərkəzi (DİM) iyun ayının 21-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.
DİM-dən "Report"a verilən məlumata görə, şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bildirilib ki, iyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.



Baxış sayı: 412


Bölməyə aid digər xəbərlər