Bütün xəbərlər
Aydın Mirzəzadənin yaxın qohumu koronavirusdan öldü
Tarix: 06-06-2020 18:35 | Bölmə: Karusel

              Aydın Mirzəzadənin yaxın qohumu koronavirusdan öldü


Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.
"Qafqazinfo" bildirir ki, bu barədə "Report"a deputatın özü məlumat verib.
Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".


Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər