Bütün xəbərlər
Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi
Tarix: 31-05-2020 20:25 | Bölmə: Karusel

                    Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi


ABŞ-ın dövlət katibi Mayk Pompeo Minneapolisdə polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydun ailəsinə başsağlığı verib.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, Pompeo polisin Corc Floyda qarşı hərəkətini “iyrənc” adlandırıb. Bununla yanaşı, o qeyd edib ki, hökumət münaqişəyə görə başlayan dinc aksiyaların şiddətli iğtişaşlara çevrilməsinin səbəbini aydınlaşdırmalıdır.
Xatırladaq ki, mayın 25-də afroamerikalı Corc Floydu saxlayan polis onu dizi ilə boğub. Floyd “Nəfəs ala bilmirəm” desə də, polis əməkdaşı buna əhəmiyyət verməyib. Nəticədə Corc reanimasiyada dünyasını dəyişib. Bu isə ABŞ-da irqi ayrı-seçkilik səbəbindən kütləvi etirazlara səbəb olub


Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər