Bütün xəbərlər
Qəbul imtahanındakı sualların sayı artırıldı
Tarix: 19-05-2020 17:51 | Bölmə: Karusel

                Qəbul imtahanındakı sualların sayı artırıldı


Xəbər verdiyimiz kimi, Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb. 
Təhsil eksperti Kamran Əsədov “Qafqazinfo”ya qərarı şərh edən zaman bildirib ki, burada tapşırıqların sayı ilə bağlı yenilik öz əksini tapıb:
“Yenilik buraxılış imtahanları ilə də bağlıdır. Belə ki, 11 – ci sinif şagirdləri üçün təqdim edilən buraxılış imtahanlarında test tapşırıqlarının sayı 85-dən 90-a qaldırılıb. İndiyə kimi Azərbaycan dili 30, xarici dil 30, riyaziyyat 25 test tapşırığı idi. İndi riyaziyyatdan da test tapşırıqlarının sayı 30 oldu. Hər fənn üzrə 100 bal ümumi isə 300 bal toplamaq imkanı verilir. İmtahanın davametmə müddəti 3 saatdır”. 


Baxış sayı: 356


Bölməyə aid digər xəbərlər