Bütün xəbərlər
Nurullah Məmmədxanlı Baş Mühafizə İdarəsinin rəisi təyin edildi
Tarix: 16-05-2020 01:20 | Bölmə: Karusel

                    Nurullah Məmmədxanlı  Baş Mühafizə İdarəsinin rəisi təyin edildi


Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər N. Məmmədxanlı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.


Baxış sayı: 699


Bölməyə aid digər xəbərlər