Bütün xəbərlər
Abşeronda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqlayıb
Tarix: 24-05-2018 09:08 | Bölmə: Karusel


                               

Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.
"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ. Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.



Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər