Bütün xəbərlər
Bakı metrosuna giriş belədir - Fotolar
Tarix: 12-05-2020 14:59 | Bölmə: Karusel

                  Bakı metrosuna giriş belədir

Məlum olduğu kimi, “Bakı Metropoliteni” mayın 9-dan etibarən 39 günlük fasilədən sonra fəaliyyətini bərpa edib. 
"Qafqazinfo" xəbər verir ki, metronun açıldığı tarix bayram və istirahət günlərinə təsadüf etdiyindən məhz bu gün stansiyalarda daha çox sərnişin sayı qeydə alınıb. 
Diqqətçəkən məqam odur ki, hazırda polis və hərbi qulluqçular metroya girişə nəzarət edir. Metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçən, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.
Xatırladaq ki, Bakı metrosunda sosial məsafəni qorumaq üçün tədbirlər görülüb, elanlar yerləşdirilib və oturacaqlardan istifadə məhdudlaşdırılıb. 



























Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər