Bütün xəbərlər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
Tarix: 23-05-2018 00:54 | Bölmə: Karusel

                        Futbol qurumu klubun könüllü müqavilə üzrə təklifini rədd edib

UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.
“Report” xəbər verir ki, indi "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.
Bildirilir ki, "Milan"ı ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir. "Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində "Atalanta", təsnifat mərhələsində isə "Fiorentina" çıxış edəcək.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər