Bütün xəbərlər
Sumqayıt Gəncləri yeni Klub təsis etdi
Tarix: 22-05-2018 20:35 | Bölmə: Karusel

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə şəhərin bir qrup ictimai-fəal gənclərin təşəbbüsü ilə yaradılmış "Sumqayıt Gənclər Klubu"nun Gənclər Evində təqdimatı keçirilib. İlk öncə Klubun İdarə Heyətinin üzvləri Tunar Əhmədzadə, İsmayıl Məmmədov Klubun yaranma məqsədindən, fəaliyyət planlarından və gələcək hədəflərdən danışmış və fəaliyyət xronikasını əks etdirən video çarx nümayiş edilmişdir. Şəhər Gənclər və İdman Baş İdarəsininin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov, Gənclər Evinin direktoru Pəri Vəliyeva, İdarə Heyətinin sədri Umud Cavid çıxışlarında Klubun dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun təşəbbüslərinin dəstəklənəcəyini bildirmiş və gələcək fəaliyyətdə uğurlar arzulamışlar.

Təqdimatın sonunda iştirakçılar maraqlı təşəbbülərlə çıxış etmiş və təkliflərin fəaliyyətdə nəzərə alınacağı diqqətə çatdırılmışdır.
Sabaha-inamla.az





Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər