Bütün xəbərlər
"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu olub
Tarix: 20-05-2018 00:57 | Bölmə: Karusel
İstanbul klubu son turda Göztəpə üzərində qələbə qazanıb

"Qalatasaray" klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda "Göztəpə" üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub.
“Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.
"Qalatasaray" 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində "Fənərbağça" və "İstanbul Başakşehir"i 3 xal qabaqlayıb.
Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb.
"Fənərbaxça"nın 19, "Beşiktaş"ın isə 15 titulu var.
              



Baxış sayı: 443


Bölməyə aid digər xəbərlər