Bütün xəbərlər
Bu hakimlərlə bağlı qərar verildi
Tarix: 05-05-2020 11:51 | Bölmə: Karusel

                  Bu hakimlərlə bağlı qərar verildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, layihəyə əsasən Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılıb.
Bundan əlavə, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə edilib.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.



Baxış sayı: 361


Bölməyə aid digər xəbərlər