Bütün xəbərlər
Buffon yaxın vaxtlarda PSJ ilə müqavilə bağlaya bilər
Tarix: 18-05-2018 07:35 | Bölmə: Karusel

                    Qapıçı ilə Paris klubu arasında danışıqlar irəliləyən mərhələdədir


İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını PSJ-də davam etdirə bilər.
“Report” xəbər verir ki, 40 yaşlı italiyalı ilə Paris klubu arasında danışıqlar irəliləyən mərhələdədir.
Buffon Turin komandasını cari mövsümün sonunda – "Verona" ilə keçiriləcək matçdan sonra tərk edəcək. Qolkiper digər komandalardan bir neçə maraqlı təklif alıb.
Canluici "Yuventus"a 2001-ci ildə "Parma"dan keçib. O, 17 il ərzində Turin komandasında 9 dəfə A Seriyasının qalibi və 4 dəfə milli Kubokun sahibi olub.



Baxış sayı: 432


Bölməyə aid digər xəbərlər