Bütün xəbərlər
Sahil Babayev özünə iki yeni müşavir təyin edib
Tarix: 11-05-2018 15:00 | Bölmə: Karusel

                            Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb

Aparat rəhbərinin də adı məlum olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.
"Report"un xəbərinə görə, yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası da Anar Əliyevə tapşırılıb.
Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.
 Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.



Baxış sayı: 487


Bölməyə aid digər xəbərlər