Bütün xəbərlər
Xeyir-şər evində qumar oynayanlar saxlanıldı
Tarix: 14-04-2020 14:00 | Bölmə: Karusel

                   Xeyir-şər evində qumar oynayanlar saxlanıldı

Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyatı üzrə Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər