Bütün xəbərlər
Saxta əsginaz satanlar saxlanıldı
Tarix: 14-04-2020 13:56 | Bölmə: Karusel

                   Saxta əsginaz satanlar saxlanıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları birgə əməliyyat keçirib. 
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əsginazı (2400 manat) şərti alıcıya satarkən saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.



Baxış sayı: 284


Bölməyə aid digər xəbərlər