22:48 / 09-04-2026
Ukraynanın NATO üzvlüyü artıq planda deyil
22:42 / 09-04-2026
Yaxın Şərq münaqişəsi Asiyanı hava səyahəti böhranı ilə təhdid edir
22:18 / 09-04-2026
Vəkil Paşinyanı vurmağa cəhd etdiyinə görə həbs edilən kişinin kəllə-beyin silkələnməsi barədə məlumat verib
22:13 / 09-04-2026
Məşhur türk aktyoru Burak Deniz narkotik basqını zamanı saxlanılıb
22:03 / 09-04-2026
İsrail ordusunun Livana hücumları davam edir
21:59 / 09-04-2026
Zelenski ABŞ və Rusiya ilə yeni danışıqlar mərhələsi elan etdi
21:56 / 09-04-2026
Merz ABŞ-ın NATO-dan çıxmasının qarşısını almağa sadiq olduğunu bildirib
21:50 / 09-04-2026
Xəstəxanaya yerləşdirilmiş bütün teatr işçiləri evə buraxılıb
21:46 / 09-04-2026
Rusiya səfirliyi Healinin Britaniya gəmiçiliyinə təhdidlərlə bağlı açıqlamasına cavab verdi
21:38 / 09-04-2026
Dağıstan və Çeçenistanda federal fövqəladə vəziyyət elan edilib
21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
21:27 / 09-04-2026
İsrail və Livan arasında birbaşa danışıqların başlama tarixi açıqlandı
21:23 / 09-04-2026
İranın xarici işlər naziri Hörmüz boğazında gəmi təhlükəsizliyi şərtlərini açıqladı
21:11 / 09-04-2026
Bir qadın ərinin odla ehtiyatsız davranması nəticəsində öldü
15:31 / 09-04-2026
Politoloq Trampın NATO-nu cəzalandırmaq istəyi ilə bağlı şərh verib
15:10 / 09-04-2026
Pentaqon Vatikana təhdidlər vasitəsilə təsir göstərməyə çalışdı
15:03 / 09-04-2026
Antarktidadakı imperator pinqvinləri buzların əriməsi səbəbindən nəsli kəsilməkdə olanlar elan edilib
15:00 / 09-04-2026
Moskva Ukraynaya 1000 həlak olan əsgərin cəsədini təhvil verdi, 41-i Rusiyaya qaytarıldı
22:48 / 08-04-2026
İİKK Livana hücumlarla bağlı İsraili təhdid etdi
22:38 / 08-04-2026
Fiko Slovakiyanın NATO xaricindəki gələcəyindən danışdı
22:33 / 08-04-2026
İsrail Beyrutda "Hizbullah" komandirini vurdu
22:28 / 08-04-2026
Livanda atəşkəs bəndi İranın münaqişəyə son qoymaq planının bir hissəsi idi
22:24 / 08-04-2026
Jurnalist Xabarov: "Starmer reytinqini artırmaq üçün Yaxın Şərqə gedib"
22:19 / 08-04-2026
İki çay öz məcrasından çıxaraq təxminən 500 ev və sahəni su altında qoyub
22:06 / 08-04-2026
Doğuş zamanı qadının ölümü ilə bağlı cinayət işi açılıb
22:02 / 08-04-2026
Medvedev İranın Hörmüz boğazını bağlaması ilə bağlı şərh verdi
21:07 / 08-04-2026
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
20:36 / 08-04-2026
İran Hörmüz boğazından tankerlərin hərəkətini dayandırıb
20:28 / 08-04-2026
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
20:23 / 08-04-2026
Bağça uşaqlarına qarşı zorakılıqla bağlı cinayət işi açılıb
20:16 / 08-04-2026
Senator Vasilenko ABŞ-ın İranı sındıra bilməyəcəyini bildirdi
20:11 / 08-04-2026
1 sentyabr 2026-cı il tarixindən etibarən Rusiya məktəblərində yeni bir fənn tətbiq olunacaq
20:04 / 08-04-2026
Üç tibb işçisinə hücum edən məhkəmə qarşısına çıxacaq
Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub
Tarix: 10-05-2018 17:51 | Bölmə: Karusel
Bakı. Trend:
Mayın 10-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycanın və Rusiyanın ictimai-siyasi xadimləri, ziyalıları iştirak ediblər.
Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Buna görə də Heydər Əliyev Mərkəzində əlamətdar yubileyə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” mövzusunda tarixi-sənədli sərginin açılması təsadüfi deyil. Bununla bağlı keçirilən mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov unikal sərginin təşkil edildiyini bildirərək, Mərkəzin və Heydər Əliyev Fondunun Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yönələn layihələri hər zaman dəstəklədiyini diqqətə çatdırdı.
Anar Ələkbərov Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə gördüyü işləri qeyd etdi. O, Ulu Öndərin irsinin araşdırılması və gələcək nəsillərə çatdırılması ilə məşğul olan Heydər Əliyev Mərkəzində təşkil edilən sərgilər və tədbirlər sırasında Rusiya mədəniyyət və incəsənət xadimlərinin işlərinin də geniş yer aldığını vurğuladı və sərgini təşkilatçılarına minnətdarlığını bildirdi.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxudu.
Müraciətdə Azərbaycan xalqının Ümummilli Liderinin siyasi müdrikliyi və uzaqgörənliyi qeyd edilir, Heydər Əliyevin nəinki həmvətənləri, bütün dünyada böyük nüfuza malik olduğu vurğulanır. Diqqətə çatdırılır ki, Ulu Öndər Rusiya ilə qarşılıqlı münasibətlərin inkişafını əsas məsələlərdən biri sayırdı. “Çox xoş haldır ki, bu kursu Prezident İlham Əliyev layiqincə davam etdirir”, - deyə Vladimir Putinin müraciətində vurğulanır.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxudu.
Müraciətdə bildirilir ki, Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasi xadimdir. Uzun illər ərzində respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, Azərbaycan SSR-in rəhbəri, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində qazandığı zəngin dövlət idarəçiliyi təcrübəsi və yüksək təşkilatçılıq qabiliyyəti ona ən mürəkkəb bir dövrdə müstəqil Azərbaycana başçılıq etmək, ölkəni dərin böhran vəziyyətindən çıxarmaq və davamlı inkişaf yoluna yönəltmək imkanı verdi. Müasir mərhələdə strateji münasibətlər kimi səciyyələnən Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub. Azərbaycanın dövlət başçısının müraciətində bu layihənin təşəbbüsçüsü olan Rusiya tərəfinə, həmçinin hər iki ölkənin tarixçilərinə və arxiv mütəxəssislərinə minnətdarlıq bildirilir, sərginin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Heydər Əliyevi Azərbaycanın inkişafında unikal rol oynayan əfsanəvi siyasətçi kimi səciyyələndirdi. Bu sərginin Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığını nümayiş etdirdiyini deyən rusiyalı qonaq ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmətə, mehriban qonşuluğa, dostluğa əsaslandığını qeyd etdi. Bildirdi ki, indi əsas vəzifə bu estafeti gələcək nəsillərə ötürməkdir. “Uğurlu strateji tərəfdaşlığın vacib rəhni – prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsidir”, - deyən İlyas Umaxanov ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından danışdı. Onu da diqqətə çatdırdı ki, bu gün Heydər Əliyev Mərkəzində açılan sərgi Azərbaycan xalqının və onun liderinin tarixini daha yaxşı öyrənməyə imkan verəcək.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin sərginin görkəmli şəxsiyyətə həsr edildiyini, Heydər Əliyevin nəhəng cəsarətə və təcrübəyə malik olduğunu, onun Azərbaycanın inkişafı üçün taleyüklü qərarlar qəbul etdiyini bildirdi. İki dəfə Azərbaycana rəhbərlik edən Ulu Öndərin fəaliyyəti barədə danışan Rusiyanın xarici siyasət idarəsinin rəsmisi dedi ki, Heydər Əliyevi insanlara və işinə olan maraq fərqləndirirdi, o, nəhəng potensiala malik şəxsiyyət idi. Qriqori Karasin qeyd etdi ki, Ulu Öndər Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi. Ümummilli Liderin siyasi kursunu bu gün Prezident İlham Əliyev davam etdirir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini vurğuladı ki, məhz buna görə də Rusiya - Azərbaycan münasibətlərinin gələcək inkişafına nikbinliklə baxır və əmindir ki, bu münasibətlər ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Sonra sərginin açılışı oldu.
Əlamətdar tarixə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib. Sərgi altı bölmədən ibarətdir. Hər bir bölmə Ulu Öndərin həyatının müəyyən mərhələsinə həsr edilib. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunur. Ümummilli Liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın həqiqi liderinə çevrilib. Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü. Dövlətlərimiz çoxsaylı nəsillərin topladığı mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini müstəqillik illərində nəinki qoruyub saxlamağa, həm də artırmağa nail olublar. Bu genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və dövlət nümayəndələrinin birgə səylərinin nəticəsidir. Əlamətdar haldır ki, Bakıda keçirilən sərgidə həm Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyini görmək, eyni zamanda, onun irsi ilə təmasda olmaq imkanı verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilir. Bu əlamətdar hadisə münasibətilə hazırlanan kataloqda əsası Ümummilli Lider tərəfindən qoyulan siyasi kursun varisliyi aydın görünür.
Baxış sayı: 418
Bölməyə aid digər xəbərlər

9-04-2026, 22:42
Yaxın Şərq münaqişəsi Asiyanı hava səyahəti böhranı ilə təhdid edir
9-04-2026, 22:03
İsrail ordusunun Livana hücumları davam edir
9-04-2026, 21:46
Rusiya səfirliyi Healinin Britaniya gəmiçiliyinə təhdidlərlə bağlı açıqlamasına cavab verdi
9-04-2026, 21:38
Dağıstan və Çeçenistanda federal fövqəladə vəziyyət elan edilib
7-04-2026, 22:24
26 sovet əsgərinin məzarı qazılıb
7-04-2026, 22:14
NASA Ayın uzaq tərəfinin yeni görüntüsünü yayımladı
7-04-2026, 21:41
Moskva və Pekin Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini blokladılar
7-04-2026, 21:19
"MAX" messenceri artıq Yer orbitində fəaliyyət göstərir
7-04-2026, 21:15
Ukrayna beynəlxalq ehtiyatlarının azaldığını bildirir
7-04-2026, 21:10
ÇSKA oyunçuları Rusiya Kubokunda "Krılya Sovetov" komandasına qarşı beş qol vurdular
6-04-2026, 22:25
Bir maliyyəçi hesab edir ki, Avropadakı yeni enerji böhranı əvvəlkiləri üstələyə bilər
6-04-2026, 21:05
Cinayətkar dəstənin əmlakını geri qaytarmağa kömək etdi
6-04-2026, 20:45
"Krokus Siti Holl" terror hücumunda məhkum edilmiş bir kişi iki dəfə intihar etməyə cəhd edib
5-04-2026, 23:26
Qara dənizdə 3,7 bal gücündə zəlzələ baş verib
5-04-2026, 23:04
İranın Əhvaz Hava Limanı iki dəfə bombalandı
5-04-2026, 23:01
Moskvada Erməni Apostol Kilsəsinə dəstək mitinqi keçirildi
5-04-2026, 20:15
Türkiyə Müdafiə Nazirliyi Qara dəniz sahillərində minanın məhv edilməsi barədə məlumat verib
5-04-2026, 18:43
"Britaniya qulaqları çıxır": FSB generalı terror hücumları törətməkdə britaniyalılardan şübhələnir
5-04-2026, 18:33
Ukraynanın müttəfiqləri Rusiya neft emalı zavodlarına zərbələrin məhdudlaşdırılmasını istəyirlər
2-04-2026, 21:35
Belousov bir sıra MDB ölkələrinin hərbi idarələrinin rəhbərləri ilə danışıqlar aparıb
2-04-2026, 20:06
Daxili İşlər Nazirliyinin Moskvada keçirdiyi reyd nəticəsində 29 qanunsuz immiqrant deportasiya edilib
1-04-2026, 22:34
Şri-Lanka 2026-cı ildə ruslar üçün vizasız səyahət tətbiq edə bilər
1-04-2026, 22:30
Bankirə qiyabi hökm oxunub
1-04-2026, 21:09
Yaxın Şərq böhranı içində Rusiya-Çin əməkdaşlığı güclənir
1-04-2026, 20:45
Krım üzərində "An-26" təyyarəsi ilə əlaqə itdi
1-04-2026, 20:39
Rusiya Təhlükəsizlik Şurası Qərb qüvvələrinin Ukraynada nizamlanmaya niyə mane olduğunu izah etdi
1-04-2026, 19:40
Putin Ermənistan seçkilərində Rusiyapərəst qüvvələrin iştirakına ümid etdiyini bildirdi
31-03-2026, 23:02
Kosaçev Kallasın Kiyevə səfərini lağa qoydu
31-03-2026, 21:21
Ukrayna rusiyalı gimnastın neytral statusunu ləğv etmək istəyir
31-03-2026, 21:12
Zavod partlayışından sonra fırıldaqçılar merin saxta hesabını yaratdılar
31-03-2026, 20:59
Karpin "Mali" ilə yoldaşlıq oyunu üçün satart heyətini açıqladı
31-03-2026, 18:58
Mayamidə Ukrayna-ABŞ danışıqları Kiyev üçün uğursuz başa çatdı