Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilir ki, Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən, şəhər ərazisində saxlanılan zaman Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib.
Araşdırmalarla məlum olub ki, E.Muradov sərbəst hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə saxta vəsiqə hazırlayıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.















