Bütün xəbərlər
Azərbaycanda 2 qardaş spirtdən öldü
Tarix: 11-04-2020 13:28 | Bölmə: Karusel

                   Azərbaycanda 2 qardaş spirtdən öldü


Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. 
İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. 
Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər